Dünya

Meksikada DƏHŞƏT: Fermerlər silahlı dəstəyə maçete ilə qarşı çıxdılar - VİDEO

9 Dekabr 2023 14:20
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın mərkəzində yerləşən Tezkapilla şəhərində fermerlərə silahlı basqın olub. Nəticədə azı 14 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb kimi regionda fəaliyyət göstərən "Familia Michoacana" adlı silahlı qruplaşmanın fermerlərdən pul tələb etməsi olub.

Bununla bağlı yayılan kadrlarda maçete ilə silahlanmış fermerlərin onlara basqın edən qruplaşma ilə qanlı qarşıdurması əks olunub.

Ölənlərdən 11-i dəstə üzvləri, üçü yerli sakindir.
Daha dörd nəfər yaralanıb, iki nəfər isə itkin düşüb. Bundan başqa, bir neçə avtomobil yandırılıb.

Tezkapillaya təhlükəsizlik qüvvələri cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.