Dünya

Nazirlərə Vatsap və Teleqram qadağan edildi

30 Noyabr 2023 00:06
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hökumətinin üzvləri bundan sonra Vatsap, Teleqram və Signal mesencer xidmətlərindən istifadə edə bilməyəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Fransa Baş naziri Yelizabet Born müvafiq qərar imzalayıb.

Bildirilib ki, nazirlər dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcburdur.

Nazirlər Kabinetinin üzvlərinə yerli və təhlükəsiz messencer xidməti hesab edilən Olviddən istifadə etmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.