Dünya

Yük gəmisi batdı - 14 ekipaj üzvündən xəbər yoxdur

26 Noyabr 2023 18:01
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Lesbos adasından 4,5 dəniz mili cənub-qərbdə 14 ekipaj üzvü olan yük gəmisi batıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.

Ərazidən keçən yük gəmiləri hadisə yerindədir. Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə Yunanıstanın 3 liman xidməti kateri, Hərbi Hava Qüvvələrinə məxsus bir helikopter və Hərbi Dəniz Qüvvələrinin bir freqatı cəlb edilib.

Duz daşıyan gəmi Misirdən İstanbula gedirmiş. Ekipajda iki Suriya vətəndaşı, dörd Hindistan vətəndaşı və səkkiz Misir vətəndaşı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.