Dünya

Gəncin başından qopardığı qəribə “buynuz” görənləri çaş-baş qoydu - FOTO

16 Noyabr 2023 12:25
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ClappemCheekss" ləqəbli "Reddit" istifadəçisi başından qopartdığı cismin şəklini sosial şəbəkə hesabından yayımlayıb, bununla da istifadəçiləri çaş-baş qoyub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəşrin müəllifinin sözlərinə görə bu qəribə şeyi başında qaşınan yerdən çıxarıb.

"Başım qaşınırdı. Mən qaşınan yerdə kiçik bir qabar hiss etdim. Dırnaqlarımla dartım və qəribə bir şey çıxartdım. Bunun nə zibil olduğunu bilmirəm", - deyə o fotoya şərh yazıb.

İstifadəçilər paylaşımı birmənalı qarşılamayıblar. Bəziləri bu mənzərədən qorxduqlarını etiraf ediblər, zarafatla yazı müəllifini hansısa başqa məxluqa, məsələn, kirpiyə və ya toyuğa çevrildiyini deyənlər də tapılıb.

Ancaq bir qism istifadəçi bunun elmi izahını verməyə çalışıblar:

"Düşünürəm ki, bu dəri buynuzudur, məndə bir neçə belə şey olub",  "sızanaq və ya dəri altında qalınlaşmış tük ola bilər", "Yanlış istiqamətdə inkişaf etmiş tük ola bilər", - deyə onlar öz fikirlərini bölüşüblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.