Dünya

Zelenski müharibəni bitirmək istəyir

16 Noyabr 2023 07:23
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ilə hərbi münaqişəni dondura bilməz. O, başa çatmalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski afrikalı jurnalistlərlə görüşü zamanı deyib.

"Gəlin bəzi Minsk razılaşmalarını imzalayaq və münaqişəni donduraq. Durğun, heç kim heç yerə hərəkət edə bilməz. Hamımız başa düşürdük ki, bu hələ müharibədir".

Zelenskinin sözlərinə görə, dondurulmuş münaqişə Ukrayna üçün itkilər demək olacaq,

"Münaqişənin dondurulması onun istənilən vaxt yenidən başlanmasının mümkünlüyü deməkdir", - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti etiraf edib ki, ölkə sülh istəyir.

"Sonluq fərqli ola bilər. Bu, bəzilərinin xoşuna gələ bilər, bəzilərinin xoşuna gəlməyə bilər, amma bu lazımdır", - deyə Ukrayna rəhbəri əlavə edib

Eyni zamanda, Zelenski Kiyevin şərtləri ilə münaqişəyə son qoymaq istədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.