Dünya

Şahramanyanlar ailəsinin 4 üzvü dəfn edildi

6 Noyabr 2023 22:43
Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xankəndidəki yanacaq anbarında baş verən partlayış zamanı yanaraq ölən Şahramanyanlar ailəsinin 4 üzvünün dəfn mərasimi bu gün Ermənistanda keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, partlayış zamanı ailənin atası Vardan Şahramanyan, onun iki oğlu Vadim və German, habelə kürəkəni Gevork Qabrielyan yanaraq ölüblər.

Bildirilir ki, ailədən sağ qalanlar bunlardır: Vardan Şahramanyanın 44 günlük müharibə zamanı yaralanan üçüncü oğlu və onun anası. Həmçinin Vardanın  bacısı Bertanın əri də partlayışda yanıb.

Meyitlər yandığı üçün DNT analizi nəticəsində ölənlərin Şahramanyan ailəsinin üzvləri olduğu müəyyən edilib. Bu səbəbdən dəfn mərasimi gec baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.