Dünya

Qəzzada “Rəfah” keçid məntəqəsi bağlandı

5 Noyabr 2023 19:11
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərərçəkmiş sakinlərin və xarici pasport sahiblərinin Qəzza zolağından "Rəfah" keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsi noyabrın 4-dən dayandırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu məlumatı "Reuters" agentliyinə Misir təhlükəsizlik xidmətindəki mənbələr və misirli həkimlər təsdiqləyiblər.

Qeyd olunub ki, buna səbəb İsrailin Qəzzada təcili yardım avtomobilinə atəş açması olub.

İsrail ordusu isə bildirib ki, təcili yardım maşını Fələstinin HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edilirmiş.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi İsrail və Misirdən əcnəbilərin Qəzza zolağından təxliyəsinin müvəqqəti dayandırılması barədə məlumat aldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.