Dünya

Fransada qasırğa - Ölən və yaralananlar var

2 Noyabr 2023 21:11
Baxış: 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın şimal-qərb regionlarını cənginə alan "Kiaran" qasırğası bir nəfərin ölümünə və ən azı 15 nəfərin xəsarət almasına səbəb olub. Yaralılardan birinin vəziyyəti ağırdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen bu barədə BFMTV telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, qasırğanın şiddətinə baxmayaraq, hakimiyyət orqanları xəsarət alanların sayını minimuma endirməyi bacarıb. Belə ki, təhlükəli ərazilərdə yerləşən vətəndaşların mobil telefonlarına xəbərdarlıq göndərilib.

Qeyd edək ki, noyabrın 1-də Fransanın qərb və şimal-qərbində yerləşən Finister, Kot-d-Armor və Manş departamentlərində fırtına ilə əlaqədar ən yüksək qırmızı, 30 departamentdə isə narıncı təhlükə xəbərdarlığı elan olunub.

Ölkənin qərbində yerləşən Bretan regionundakı Puent-dü-Ra burnunda küləyin sürəti saniyədə 57,5 metrə çatıb. Bundan başqa, Finister departamenti sahillərində hündürlüyü 21 metrə çatan dalğalar qeydə alınıb. Həmçinin regionda 1,2 milyona yaxın ev işıqsız qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.