Dünya

Bu, Netanyahunun siyasi karyerasının sonu olacaq

30 Oktyabr 2023 16:38
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS və İsrail arasındakı münaqişənin sonu ölkənin hazırkı Baş naziri Benyamin Netanyahunun siyasi karyerasının sonu olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Voll Strit Jurnal" partiya rəsmisinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, o, "Likud" partiyasının rəhbəri postunu tərk edəcək və İsrailin Baş naziri postundan istefa verəcək:

"Netanyahu üçün bu, oyunun sonudur. Əksini deyən çox az adam tapa bilərsiniz".

Qeyd olunur ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi Baş nazirin son illərdə qurduğu bütün təhlükəsizlik siyasətini sual altına alıb. Kəşfiyyat və digər təhlükəsizlik orqanlarının uğursuzluğu Netanyahunun mövqeyini zəiflədir, lakin bütün siyasi qərarlar tərəflər arasında qarşıdurma bitdikdən sonra veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.