Dünya

Dörd ölkəyə tələb - “Səfirlərinizi ərazimizdən çıxarın”

26 Oktyabr 2023 21:32
Baxış: 2 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Liviya parlamenti ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanı hədəfə alaraq, Qəzzada HƏMAS-a qarşı vuruşan İsraili dəstəkləyən dövlətlərdən səfirlərini ölkədən çıxarmalarını tələb edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, parlament Qəzzaya hücum dayanmasa, enerji təchizatını kəsməklə hədələyir.

"Sionist varlığa (İsrail) cinayətlərində dəstək verən dövlətlərin səfirlərinin dərhal Liviya ərazisini tərk etmələrini tələb edirik. Düşmən sionistlərin törətdiyi qırğınlar dayanmasa, Liviya hökumətindən onu dəstəkləyən dövlətlərə neft-qaz ixracını dayandırmasını tələb edirik", - parlamentin bəyanatında deyilir.

Parlament ABŞ, Britaniya, Fransa və İtaliya hökumətlərini İsrailə dəstəklərinə görə sərt formada qınayıb. Bəyanatda bildirilir ki, bu xalqlar Qəzza zolağında törətdiyi cinayətlərdə İsraili dəstəkləyir, liderləri isə insan haqları və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında nağıllar danışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.