Dünya

Ölkəmiz qonşularına problemlər yaradır - Erməni politoloq

25 Oktyabr 2023 16:35
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəzərə alsaq ki, Ermənistan öz siyasəti ilə həm Rusiya, həm də İran üçün xeyli çətinliklər yaradıb. Üstəlik, Ermənistan daxilində anti-Rusiya əhval-ruhiyyəsi yaranıb. Deməli Ermənistanın "3+3" platformasından böyük gözləntiləri olmayacaq. Bütün bunlar Ermənistan hakimiyyətinin davam edən siyasətinin nəticəsidir".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan "PastinfoTV" Youtube kanalına açıqlamasında Ermənistanın müxtəlif platformalarda iştirakını şərh edərkən deyib.

"Bu, təkcə bir platforma ilə məhdudlaşmır. Ermənistan hakimiyyəti açıq-aşkar qonşuları ilə total gərginlik gətirən siyasət aparır. Aydındır ki, onlar bizim daimi düşmənlərimizdir (Azərbaycan və Türkiyə nəzərdə tutulur- red.), lakin bu, həm də İran və Rusiya ilə gərginliyə gətirib çıxarır.

Biz bunu aydın görürük. Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir ki, belə bir vəziyyət yaranıb. Əvvəlcə bu vəziyyətin qarşısını almaq olardı, lakin Ermənistan hakimiyyəti inadla belə bir xətt tutdu və  düşmənlərimizin üstünə yeni düşmənlər qatdı, nəticədə heç bir məsələni həll etmədi.

Əgər siz peşəkar siyasətçisinizsə, bu platformaların ziddiyyətlərindən öz xeyrinizə istifadə edə bilərdiniz. Hansı ki,  belə xətt Azərbaycan tərəfindən həyata keçirilir. Problem platformalarda deyil. Problem danışıq aparan erməni siyasətçilərinin peşəkarlığının olmamasıdır.

Erməni tərəfi isə təəssüf ki, hakimiyyət nümayəndələrini, danışıqları aparanları hara göndərirsə, uğursuzluğa düçar olur. Onların nə təcrübəsi, nə biliyi, nə ağlı, nə bacarığı var.

Ən məhsuldar platforma maksimum nəticə göstərən platforma olmalıdır, lakin başa düşməlisiniz ki, Qərbdə bəzi məsələlər həll olunsa belə, sonda siz bu coğrafiyanı dəyişməyəcəksiniz, bu regionun qonşularından da qaçmayacaqsınız. Sonda onlarla danışmaq, problemləri həll etmək lazımdır", - deyə politoloq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.