Dünya

HƏMAS üzvünün etirafı: Bizi aldatdılar - VİDEO

23 Oktyabr 2023 12:19
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS bizi aldatdı. Özləri evlərində oturublar, amma bizi burada tək qoydular.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qəzzanın cənubundakı Əş-Şabur yaşayış məntəqəsindən olan HƏMAS üzvü Muaned Yasir Zeyd Əbu Rizek İsrail xüsusi xidmət orqanlarına verdiyi ifadəsində deyib.

"Tapşırığımız Sufa məntəqəsini nəzarətə götürmək, orda insanları öldürmək idi. HƏMAS rəhbərliyi bizi aldatdı. Onlar Qətərdə, Türkiyədə oturub Əl-Əqsanın, bütün müsəlmanların adından danışırlar. Özləri orda qalıb, bizi isə burada atıblar. HƏMAS liderləri İsmayıl Haniyə, Xalid Meşal hamısı oradadırlar, amma bizim ailələrimiz Qəzzada partlayır", - terrorçu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.