Dünya

Ekofəal Fransa televiziyasının yayımını yarıda kəsib

23 Oktyabr 2023 10:23
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Derniere Renovation" assosiasiyasının iki ekoloji fəalı BFMTV xəbər telekanalının studiyasına daxil olaraq, Fransanın "Rekonqista" partiyasının sədr müavini Marion Mareşal ilə müsahibənin yayımının dayandırılmasına səbəb olublar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, assosiasiya "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yayım dayandırıldıqdan sonra studiyadan kadrları dərc edib.

Məlumata görə, yayım zamanı təşkilata üzv olduğunu elan edən fəalın ağ köynəyi kadra düşüb. Lakin kameralar onun üzünü göstərməyib. Təxminən 10 dəqiqə sonra veriliş ikinci dəfə kəsilsə də, studiyada eşidilən qışqırıqları ayırd etmək mümkün olmayıb. Assosiasiya ikinci ekofəalın da onun adından hərəkət etdiyini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.