Dünya

ABŞ-ın İraqdakı hərbi bazası atəşə tutulub

20 Oktyabr 2023 08:19
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki hərbi bazası pilotsuz uçuş aparatları və raketlərin hücuma məruz qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Təhlükəsizlik xidmətlərindəki iki mənbənin məlumatına görə, ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd aviabazasına hücum edilib.

"Shafaq News" xəbər agentliyinin məlumatına görə, hücum "Qrad" reaktiv yaylım atəşi sistemi vasitəsilə həyata keçirilib. Ötən gün İraqdakı şiə qruplaşması ABŞ-ın Suriyadakı Ət-Tanf bazasına hücum edib. Bundan əlavə, eyni qrup Suriyanın Deyr əz-Zor şəhərinin şimal-şərqindəki Koniko qaz yatağında ABŞ bazasına raket hücumu həyata keçirib.

Oktyabrın 18-də ABŞ hərbçiləri İraqın şimal-qərbindəki aerodromda onların bölmələrinə və koalisiya qüvvələrinə hücum edən iki pilotsuz uçuş aparatını vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.