Dünya

İsrail ordusu Hizbullahın Livandakı hədəflərini vurdu

17 Oktyabr 2023 08:09
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Müdafiə Ordusu Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında xəbər verilib.

Bundan əlavə, İsrail ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatının liderlərindən biri Usamə Mazinini öldürdüyünü bildirib. Onun məhbuslara rəhbərlik etdiyi və İsrailə qarşı terror fəaliyyətinə rəhbərlik etdiyi iddia olunur.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla təxminən saat 6:30-da HƏMAS silahlıları müxtəlif hesablamalara görə, Qəzza zolağından İsrailə 2,5 mindən 5 minədək raket atıb, sonra isə ölkənin sərhəd bölgələrinə daxil olaraq, yüzlərlə əsir götürüblər. Hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Bildirilib ki, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Buna cavab olaraq İsrail hələ də davam edən hərbi əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.