Dünya

Ad günü faciə ilə bitdi - 3 ölü, 1 yaralı - FOTO

16 Oktyabr 2023 14:50
Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Eda Nur Baykay adlı gənc qız 3 dostu ilə birlikdə restoranlardan birində ad gününü qeyd edib.

Daha sonra məkanı tərk edən gənclər Edanın dostu Adem Duranın avtomobilinə minərək İnegölə getmək istəyiblər. Həmin vaxt avtomobildə Edanın Sıla Çelik və Sinan Karakuş adlı dostları da olub.

Adem Duran avtomobili sürətlə idrarə etdiyindən yolda qəza baş verib. O idarəetməni itirib və avtomobil 50 metr yuvarlanaraq dəmir dirəyə çırpılıb.

Hadisə yerinə xeyli polis və təcili yardım cəlb edilib.

Qəza zamanı Eda Nur Baykay, Sıla Çelik və Sinan Karakuşun öldüyü müəyyən edilib.

Sürücü Adem Duran isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Eda Nur Baykayın faciə ilə bitən ad günündən geriyə qalan isə qəzadan bir saat əvvəl paylaşdığı ad günü fotosu olub. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.