Dünya

Qətər əmirinin İsraillə bağlı hədəsi təkzib edildi

14 Oktyabr 2023 17:22
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətər əmiri Təmim bin Həməd əs-Saninin ötən gün müraciətində Qəzzanın bombalanması ilə bağlı sözləri təhrif edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Əmirliyin yaydığı açıqlamada bildirilib.

Belə ki, Təmim Həməd əs-Sani vətəndaş müharibələri və irqçiliyin doğurduğu köçkünlük haqda danışıb və bunu qəbuledilməz adlandırıb, eyni zamanda Qəzzanın bombalanması nəticəsində mülki şəxslərin ölməsini, humanitar fəlakəti qabardaraq, bunu pisləyib.

Qeyd edək ki, Qətər əmirinin guya "Qəzzanın bombalanması dayanmasa, biz dünyanın qaz təchizatını dayandıracağıq" deyə açıqlama verdiyi iddia edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.