Dünya

İlon Mask 150 dollara pivə satmağa başladı - FOTO

13 Oktyabr 2023 17:54
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Mask 150 dollara "Tesla Cybertruck" üslubunda pivə və fincanlar satmağa başlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, o, şəxsi "X"(Twitter) səhifəsində 150 dollara "CyberBeer + CyberStein Limited Edition" seti olan vebsayta keçid dərc edib.

Setdə iki şüşə "CyberBeer" və iki pivə fincanı daxildir. Butulkalar və kupalar "Tesla"nın 2019-cu ildə təqdim etdiyi "Cybertruck" elektrik pikapını xatırladan unikal dizayna malikdir.

"Cybertruck" üslubunda pivə yaratmaq ideyası İlon Maska bir neçə il əvvəl Almaniyada keçirilən "Gigafactory Berlin"in açılışına həsr olunmuş Giga Fest tədbirində gəlib.

2023-cü ilin aprel ayında Tesla şirkətin yaratdığı başqa bir pivə növü olan "Giga Bier" üçün sifarişləri yerinə yetirməyə başlayıb. Sonra şirkət üç şüşə "Giga Bier"i 100 dollar qiymətləndirildi. İndi iki şüşə və iki fincan "CyberBeer + CyberStein Limited Edition" set üçün 150 dollar ödənilməlidir. Bundan əlavə, "Tesla" əlavə 50 dollara "CyberOpener" adlı "Cybertruck" stilində şüşə açan qurğu təklif edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.