Dünya

Qəzzada 2500 ev məhv edilib - BMT

12 Oktyabr 2023 21:57
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada 2500-dən çox ev dağıdılıb və ya o dərəcədə zədələnib ki, yaşayış üçün yararsız hala düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb. 23 minə yaxın digər ev isə orta və ya kiçik ziyana məruz qalıb", - deyə o bildirib.

Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi bombardmana məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.