Dünya

İlin sonunadək iki Super Ay müşahidə olunacaq

24 Oktyabr 2025 15:43
Baxış: 244
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu il 5 noyabr və 4 dekabr tarixlərində ardıcıl olaraq iki Super Ay hadisəsi baş verəcək.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

Super Ay, Ayın dolu fazada Yerə ən yaxın məsafədə (perigey) olduğu zaman baş verir. Perigey məsafəsi 360,000 km-dən az olduqda Ay adi tam Aydan 7-14% böyük və 15-30% daha parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.

Ayın Yerdən məsafəsi noyabrın 5-də 356,832 km, dekabrın 4-də 356,961 km təşkil edəcək. Tarixi məlumatlara görə, ən yaxın periqa 1912-ci ildə baş verib (356,375 km), növbəti maksimal yaxınlaşma isə 2034-cü il noyabrın 25-də olacaq.

Məlumatda qeyd olunub ki, Super Ay heç bir təhlükə yaratmır, sadəcə Ayın Yerə yaxınlaşması okean və dəniz səviyyəsinə təsir edərək 3-5 sm yüksəlməyə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.