Dünya

HƏMAS-ın önəmli fiqurlarından biri məhv edildi

10 Oktyabr 2023 17:45
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS-ın iqtisadiyyat naziri dünən gecə öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Bu gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə HƏMAS terror təşkilatının iqtisadiyyat naziri Cavad Əbu Şamalanı məhv edib. O, təşkilatın maliyyə işlərini idarə edirdi və Qəzza zolağının daxilində, eyni zamanda, xaricində terrorizmin maliyyələşdirilməsi və yönləndirilməsi üçün vəsait ayırırdı. Əvvəllər o, terror təşkilatında təhlükəsizlik postlarında çalışıb və İsrail dövlətinin vətəndaşlarına zərər vurmaq üçün bir sıra əməliyyatlara rəhbərlik edib", - məlumatda qeyd olunub.

Əbu Şamala həmçinin HAMAS-ın Siyasi Bürosunun üzvü idi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.