Dünya

Ramzan Kadırovdan qəribə təklif

7 Oktyabr 2023 23:38
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Ukraynadakı müharibədən dolayı ləğv edilməsini təklif edib.

Milli.Az axar.az-a istinadla bildirir ki, bu sözləri Kadırov Kreml rəhbəri Vladimir Putinin ad günü münasibətilə Qroznıda təşkil edilən aksiyada çıxışı zamanı deyib.

"Prezidentə sağlamlıq və uzun ömür arzu edirəm. Elə indi təklif edirəm ki, xüsusi hərbi əməliyyatın (Ukraynada müharibə - red.) getdiyi zamanda seçkilərdə vahid namizədimizin Vladimir Putin olması ilə bağlı yekdilliklə qərar qəbul edək. Yaxud, seçkiləri müvəqqəti olaraq ləğv edək. Çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.