Dünya

Son bir həftədə yüzdən çox ölü delfin tapıldı

3 Oktyabr 2023 02:45
Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Tefe gölündə son 7 gündə yüzdən çox ölü delfin tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Braziliya Elm və Texnologiya Nazirliyi tərəfindən yaradılan Mamiraua İnstitutu vurğulayıb ki, delfinlərin ölümünə səbəb quraqlıq və Amazonda rekord yüksək su temperaturu ola bilər.

Hazırda ekspertlər və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar, lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.

Qeyd edək ki, Amazon çayında son 20 ilin ən pis quraqlığı müşahidə edilib. Quraqlıq səbəbindən Amazonun beş böyük qolunda suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin əvvəlki 2005 və 2010-cu illə müqayisədə daha yavaşdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.