Dünya

“Simpsonlar”dan qorxunc zəlzələ proqnozu - Bu bölgədə 46 mindən çox adam ölür…

12 Sentyabr 2023 15:46
Baxış: 3 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni kəhanəti ilə gündəmdədir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə mütəxəssislərin aylardır çağırışlar etdiyi Mərmərə zəlzələsinin baş verməsi ilə bağlı prpqnozun olduğu iddia edilir.

Məlumata görə, Simpsonlar serialının Mərmərə zəlzələsinin də bilindiyi bir epizod ortaya çıxıb. Epizodda xəbər aparıcısı bu açıqlamanı verir: "46 mindən çox vətəndaşın öldüyü zəlzələnin baş verdiyi bölgədə daha bir zəlzələ qeydə alınıb və ölkənin Fövqəladə Hallar Agentliyi zəlzələnin 6,3 bal gücündə olduğunu bildirib".

Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.