Dünya

Ermənistanın üzvlüyünə Türkiyə imkan verməyəcək

9 Sentyabr 2023 14:43
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələrin mümkün vetosuna görə olduqca aşağıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin alyansdakı keçmiş nümayəndəsi Onur Öymen deyib.

"Ermənistan çoxlu dəyişikliklər etməli olacaq. Fikrimcə, hazırkı qlobal və regional şəraitdə belə bir mövzu NATO-nun gündəliyinə daxil ola bilməz", - Öymen bildirib.

O xatırladıb ki, alyansa yeni üzv qəbul etmək üçün bütün üzv ölkələrin razılığı lazımdır.

"Bir sıra ölkə veto hüququndan istifadə edərsə, Ermənistan NATO-ya qəbul olunmayacaq. Türkiyənin bəzi məsələlərdə mövqeyi bəllidir, ona görə də hesab edirəm ki, İrəvanın alyansa qəbul olunma şansı son dərəcə aşağıdır və hətta buna icazə verilməməlidir", - diplomat vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.