Dünya

Bu ölkə 13 ildə 100 milyard dollar itirib - BMT

8 Sentyabr 2023 18:31
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terror aktlarının 13 ildə ölkəyə 100 milyard dollar ziyan vurduğunu açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  UNİCEF-in dərc etdiyi "Nigeriyanın şimal-şərqindəki qarşıdurmaların iqtisadi bədəli" başlıqlı hesabatda Adamava, Borno və Yobe əyalətlərində hücumlar həyata keçirən terror təşkilatı "Boko Haram"ın ölkə iqtisadiyyatına zərər verdiyi bildirilib.

Hesabatda ştatlarda törədilən terror aktlarının 13 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğu, hətta münaqişələr bitsə belə, zərərin 150-200 milyard dollara çata biləcəyi qeyd edilib.

UNİCEF-in Nigeriya Nümayəndəsi Kristian Munduate hesabatla bağlı verdiyi açıqlamada münaqişələrin ölkə iqtisadiyyatının inkişafını pozduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.