Dünya

Milanda 260 illik temperatur rekordu qırıldı

25 Avqust 2023 23:33
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) İtaliyanın şimal bölgələrində yerləşən Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Açıqlamada, intensiv və anormal temperaturların İtaliya Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların müşahidə ediləcəyi qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.