Dünya

Məşhur rəssamın kiçik oğlu da öldü

25 Avqust 2023 18:32
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İsveçrədə vəfat edib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Klodun vəkili Jan-Jak Noyer ölüm səbəbini açıqlamayıb.

Klodun anası, fransız rəssam Fransuaz Jilo bu il 101 yaşında dünyasını dəyişib.

Pikassonun kiçik oğlu "Time Life", "Vogue" və Amerikanın "Saturday Review" jurnalının fotomüxbiri idi. 2011-ci ildə o, rəssam kimi fəaliyyətinə və atasının mülkünün məhkəmə tərəfindən təyin edilmiş inzibatçısı kimi fəaliyyətinə görə Fransanın ən yüksək mükafatı olan Legion ordeni ilə təltif edilib.

Pikassonun dörd övladı var idi. Klod və Paloma Fransuaz Jilo il nikahdan doğulublar. Böyük oğlu Pavel - balet artisti Olqa Xoxlova ilə evliliyindən dünyaya gəlmişdi və 1975-ci ildə vəfat edib. Fransız model Mari-Therese Valterin qızı Maya 2022-ci ildə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.