Dünya

Tramp və oğlunu güllələməklə hədələyən qadın həbs edilib

22 Avqust 2023 15:16
Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çikaqolu qadın ABŞ-ın sabiq prezidenti Donald Tramp və oğlu Barronu güllələyəcəyi ilə bağlı elektron poçtla hədə dolu məktublar göndərməkdə ittiham olunaraq həbs edilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, 41 yaşlı Treysi Mari Fiorensa may ayında elektron poçtla məktub göndərərək ilk fürsətdə "Tramp və oğlunu güllələməklə" hədələyib. Qadın iyun ayında da daha bir oxşar təhdid məktubu göndərib.

Ədliyyə Nazirliyinin əməkdaşları iyunun 14-də şübhəlini dindiriblər. Nəticədə onlar materialları baxılmaq üçün Florida Əyalət Məhkəməsinə göndəriblər. T.M.Fiorensa məhkəmədə ifadə vermək üçün hakim qarşısına çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.