Dünya

Toivo Klaar İrəvanda səfərdədir

18 Avqust 2023 09:49
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

"Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi istiqamətində Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar", - məlumatda qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.