Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə fərman imzalayıb.
Ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə - noyabrın 15-dək uzadılması ilə əlaqədar Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri də ləğv ediləcək, çünki hərbi vəziyyətin qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.
Milli.Az