Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadılıb

17 Avqust 2023 16:48

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə fərman imzalayıb.

Ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə - noyabrın 15-dək uzadılması ilə əlaqədar Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri də ləğv ediləcək, çünki hərbi vəziyyətin qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.

Milli.Az