Dünya

"İrana ciddi məhdudiyyətlər qoyacağıq"

12 Avqust 2023 07:07
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İranın məhbus mübadiləsi müqaviləsi çərçivəsində aldığı puldan hərbi məqsədlər üçün istifadə etməsinə icazə verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi deyib.

"İranın bu pulla nələr edə biləcəyinə dair ciddi məhdudiyyətlər qoyulacaq və Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət prosesi olacaq. Yekunda pulların hara və nəyə sərf edildiyini aydın görəcəyik", - Kirbi bildirib.

Xatırladaq ki, İran və ABŞ məhbus mübadiləsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının dondurulmaması haqqında razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.