Dünya

Xeyriyyə ziyafətində 450-dək insan zəhərləndi

8 Avqust 2023 21:00
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın Host vilayətində xeyriyyə ziyafətindən sonra 450-yə yaxın insan zəhərlənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın İctimai Səhiyyə Departamentinin rəhbəri Fəzal Kərim Mandozay məlumat verib.

"Ümumilikdə 90-ı uşaq, 120-si qadın olmaqla 450-yə yaxın insan müalicə olunur", - deyə o, bildirib.

Departamentin rəhbəri qeyd edib ki, hazırda zəhərlənmənin nədən baş verdiyi məlum deyil. İlkin səbəb kimi aşpazların yemək bişirmə prosesində yol verdikləri səhlənkarlıq göstərilir.

Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisə ilə bağlı təhlükəsizlik xidməti araşdırma aparır.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.