Dünya

Bu ölkədə “Telegram” bloklandı

7 Avqust 2023 07:07
Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraqda "Telegram" bloklanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə İraq Kommunikasiya Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Telegram" ölkənin milli təhlükəsizliyi və vətəndaşların şəxsi məlumatlarının qorunması üçün bloklanıb. Nəzərə çatdırılıb ki, İraqın səlahiyyətli orqanları dəfələrlə rəsmi dövlət qurumlarının sirlərinin və iraqlıların şəxsi məlumatlarının yayılmasının qarşısının alınması üçün "Telegram" platforması ilə əməkdaşlıq üçün müvafiq şirkətin rəhbərliyinə müraciət edib. Ancaq şirkət İraq hakimiyyətinin heç bir sorğusuna cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.