Dünya

Ukrayna ordusu bu əraziləri azad edib

31 İyul 2023 17:22
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri (USQ) ötən həftə ərzində 14,6 kvadrat kilometr ərazini işğaldan azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib.

O, Kupyansk, Liman, Baxmut, Avdeevka və Marinka istiqamətlərində ağır döyüşlərin davam etdiyini qeyd edib. Malyar əlavə edib ki, ötən həftə Ukrayna və Rusiya hərbçiləri arasında 170-dən çox döyüş baş verib.

Malyarın sözlərinə görə, rusiyalılar Kupyansk cəbhəsində hücum edərək USQ-nin zəif nöqtələrini tapmağa çalışıblar. O, Rusiya qüvvələrinin xüsusilə də Novoselivske istiqamətində aktiv hücum əməliyyatları apardığını, həmçinin USQ-ni Serebriyanka meşəsindən sıxışdırıb çıxarmağa çalışdığın qeyd edib.

O qeyd edib ki, USQ rusiyalıların hücumlarını dəf edib. Anna Malyar ötən həftə Ukraynanın Baxmutda daha 2 kvadrat kilometr ərazini geri qaytardığını da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.