Dünya

Rusiyada düyü ixracına qadağa qoyulub

29 İyul 2023 14:46
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hökuməti 2023-cü il dekabrın 31-dək düyü və düyü yarmasının ixracına müvəqqəti qadağa qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

"Düyü və düyü yarmalarının ixracında bir sıra istisnalar var. Qadağa bu məhsulların Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarükünə şamil edilməyəcək. Bundan başqa, düyü və düyü yarmaları həm humanitar yardım göstərmək üçün, həm də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər", - Rusiya Nazirlər Kabinetinin açıqlamasında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.