Dünya

Ukrayna ordusunun əks-hücumu yeni mərhələyə keçə bilər

24 İyul 2023 07:27
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin hücumunun yeni mərhələsi iyulun sonuna planlaşdırılıb və avqustun ortalarına qədər davam edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi qüvvələrini cəbhə xəttində cəmləşdirməkdə davam edir, əks-hücumun yeni mərhələsi üçün ehtiyatlar hazırlayır və sahələri təmizləyir.

Roqov əlavə edib ki, Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Dnepr çayını Enerqodara doğru keçməyə və ikinci cəbhə xəttini açmağa cəhd edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory