Dünya

Müdafiə nazirinin səfəri ləğv edildi - Təhlükəsizliyə görə...

23 İyul 2023 19:48
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın müdafiə naziri Boris Pistorius bazar günü İraqa planlaşdırılan səfərini təhlükəsizliklə əlaqədar olaraq ləğv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, iyulun 20-də etirazçılar İsveçin Bağdaddakı səfirliyinə soxularaq onu yandırdıqdan sonra Almaniya Federal Kriminal Polis İdarəsi Pistoriusun İraqa səfərinə qarşı çıxıb.

İdarə qeyd edib ki, bundan sonra da etirazların və vəziyyətin gərginləşməsini istisna etmək olmaz. Bundan əlavə, Almaniyanın Bağdaddakı nümayəndəliyinin əməkdaşlarının müdafiəsi ilə bağlı da qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.