Dünya

Həbsdə olan keçmiş nazirinin ƏMLAKLARININ SİYAHISI

20 İyul 2023 07:00
Baxış: 1 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın İstintaq Komitəsi keçmiş təhsil və elm naziri Armen Aşotyan, İrəvan Dövlət Tibb Universitetinin digər keçmiş rəhbərlərinə aid qanunsuz əmlakların siyahısını açıqlayaraq prokurorluğa göndərib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, universitetin Himayəçilik Şurasının keçmiş sədri, sabiq təhsil və elm naziri Armen Aşotyan, ali məktəbin sabiq rektoru Mikayel Nərimanyan, habelə daha üç nəfərə qarşı korrupsiya faktları üzrə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, Aşotyan, Nərimanyan və onlarla əlaqəli şəxslər 36 ədəd mövcud və 15 ədəd satılan daşınmaz əmlakın, həmçinin 37 ədəd daşınar əmlakın qanunsuz əldə edilməsində ittiham olunurlar.

Əmlakların müsadirə edilməsi məsələsinin araşdırılması üçün məlumatlar prokurora verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.