Dünya

Pentaqon: Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır

19 İyul 2023 09:13
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

"Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda", - Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.

O, həmçinin Çin Silahlı Qüvvələrinin potensialının və imkanlarının artırılması tempindən narahatlığını ifadə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.