Dünya

Ana körpəsini xilas etmək üçün 3-cü MƏRTƏBƏDƏN ATDI

13 İyul 2023 23:44
Baxış: 2 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində qadın bir aylıq körpəsini xilas etmək üçün onun yanan mənzilin pəncərəsindən atıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Vençjou şəhər sakininin mənzilində yanğın iyulun 5-də baş verib. Ana və körpə evin 3-cü mərtəbəsində sıxışıb və binadan çıxa bilməyiblər. Qadın uşağı tüstüdən və dəm qazından qorumaq üçün açıq olan pəncərə tərəfə gedib. O, qışqırmağa başlayıb, yoldan keçənlərə körpəni xilas etmək üçün yalvarıb. Çinli qadının pəncərəsinin altına toplaşan 10-a yaxın adam kömək etməyə hazır olduqlarını bildiriblər. Onlar yorğanı açıblar, qadın uşağı onun üstünə atıb. Hər şey uğurla bitib, körpəni tuta biliblər.

Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası körpənin anasını və binadan çıxa bilməyən digər qadını xilas edib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.