Dünya

Rusiyada nazir müavini saxlanılıb

13 İyul 2023 21:33
Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Müstəntiqlər Moskvanın Basmannı məhkəməsindən Parşini istintaq təcridxanasına göndərməyi xahiş edirlər.

"Məhkəmə istintaqdan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət alıb. Ona ittiham elan edilib", - məhkəmənin nümayəndəsi bildirib.

2018-ci il avqustun 16-da Baş nazir Dmitri Medvedev Parşini Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.