Dünya

Qərb yeni enerji təhlükəsi barədə xəbərdarlıq edib

5 İyul 2023 21:21
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb ölkələrində qarşıdan gələn qış mövsümündə enerji qiymətləri kəskin arta bilər, çünki Çinin iqtisadiyyatının bərpası sürətlənə bilər. Bundan əlavə, qış əvvəlkindən şiddətli və soyuq ola bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol bildirib.

"Çin iqtisadiyyatının sürətlə bərpası və sərt qış şəraitində təbii qazın qiyməti qalxa bilər ki, bu da istehlakçıları çətin vəziyyətə salacaq", - Birol deyib.

Bu şəraitdə hökumətlər qiymət artımından əziyyət çəkə biləcək ev təsərrüfatlarına dəstək verməli olacaqlar. Ona görə də hazırda enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinə diqqət yetirmək çox vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.