Dünya

Fransa iğtişaşlar burulğanında, Makron isə konsertdədir...

30 İyun 2023 07:14
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtalyan model Bianka Brandolini Elton Conun konsertindən foto paylaşıb.

Şəkildə siz Fransa prezidenti Emmanuel Makronu görə bilərsiniz. O, ölkəsində iğtişaşlar olduğu bir vaxtda konsertdə iştirak edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, konsert Parisdəki "Accor Arena"da baş tutub. Eyni zamanda Fransanın bir neçə şəhərində iğtişaşlar baş verib.

Bu fakt müxalif siyasətçilər tərəfindən Fransa prezidentinin tənqidinə səbəb olub. Belə ki, Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani bildirib ki, Makron özünü məsuliyyətsiz aparır.

"Fransanın alovlandığı bir vaxtda Makron nə daxili işlər nazirinin, nə də polisin yanında deyil. O, Elton Conu alqışlamağa üstünlük verir. Bu onun prioritetlərini göstərir. Bu, məsuliyyətsizlikdir", - deyə o bildirib.

Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində bir polis polisin əmrini yerinə yetirməkdən boyun qaçıran 17 yaşlı yeniyetməni güllələyib. İyunun 29-da anım yürüşü keçirilib və bu, sonradan polislə toqquşmaya çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.