Dünya

Turist özünün və sevgilisinin adını Kolizeyin divarına yazdı

28 İyun 2023 14:32
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın hüquq-mühafizə orqanları 1-ci əsrə aid arxeoloji abidə olan Roma Kolizeyinin divarına özünün və sevgilisinin adını yazan gənci axtarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hərəkətləri digər ziyarətçilər tərəfindən lentə alınan və sosial şəbəkələrdə yayımlanan turisti 15 min avro cərimə və 5 ilə qədər həbs gözləyir. Qanunu pozanlar mədəni sərvətlərə ziyan vurmaqda ittiham olunacaqlar.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bir çox turist iki min il əvvələ aid sivilizasiya abidəsinin divarlarında öz "izlərini" qoymağa çalışır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.