Dünya

Putin “ya mən, ya vətəndaş müharibəsi” deyəcək?

28 İyun 2023 12:20
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Putin seçkiləri-2024. Həmkarım Yevgeni Minçenko ("Minçenko konsaltinq" şirkətinin prezidenti - red.) maraqlı bir təkliflə çıxış edib, indi Putinin 2024-cü il üçün seçki kampaniyasının ana xətti mahiyyətcə müəyyənləşib - "seçin: ya Putin, ya da vətəndaş müharibəsi".

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.

"Belə bir kampaniyanın mümkünlüyünü vurğulamaqla, etiraz etmək istərdim. Məncə:

1. Putin insanları qorxutmayacaq, çünki artıq onlar qorxublar;

2. Priqojinin üsyanı ilə bağlı məsələnin hamı tez unudulmasını istəyəcək, çünki bu, bütün hallarda hakimiyyətin uğursuzluğudur.

3. Putin onsuz da inamla qələbə qazanır, çox güman ki, ümumiyyətlə heç bir kampaniya olmayacaq. O, dediyim kimi, "Nirvan üslubu"nda gələcək. Təxminən meditativ yuxu kimi, "Rusiyanı şahə qaldırmaq"la yox", - o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.