Dünya

Putini bu ölkənin kəşfiyyatı xilas edibmiş - "Birgə işləyiblər"

26 İyun 2023 10:46
Baxış: 2 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadakı hərbi çevriliş cəhdindən türk kəşfiyyatının xəbəri olub.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, Türkiyənin keçmiş jandarma polkovniki Eray Güçlüer belə açıqlama verib. O hesab edir ki, Rusiya və Türkiyə kəşfiyyatı hərbi çevrilişə cəhdin qarşısını almaq üçün birgə əməkdaşlıq edib.

Eray Güçler bildirib ki, bu öməkdaşlıq Qazaxıstandakı hadisələr zamanı da müşahidə edilib.

Qeyd edək ki, Türkiyə Rusiyadakı hadisələr barədə Prezident Vladimir Putinə dəstək ifadə etmişdi.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın "məsələni aydınlaşdırmağa" hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Ardınca Belarusun vasitəçiliyi ilə "Vaqner" geri çəkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.