Dünya

Kolleksiyasındakı əsərlər 2 dəfə baha qiymətə satıldı

24 İyun 2023 08:48
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdəki "Bonhams-Cornette de Saint Cyr" hərrac evində fransız aktyoru Alen Delonun 80-dən çox sənət əsərindən ibarət kolleksiyası satışa çaxırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Delonun 60 il ərzində topladığı sənət kolleksiyası 2 dəfə baha qiymətə, 8 milyon avroya satılıb.

Hərracda satılan əsas sənət əsərləri arasında dəyəri 1,01 milyon avro olan Raul Dufinin "Sent-Ünvandakı çimərlik" (1906) tablosu və Ejene Delakrua tərəfindən çəkilmiş "Ərəb atı" (1825)  adlı rəsm əsəri var. Bu portret isə 775 min avroya yeni sahibinə təqdim olunub.

Şəxsən Alen Delon hərracda iştirak etməyib.

Qeyd edək ki, kolleksiyada İtaliya İntibah dövrünə aid heykəllər də var idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.