Dünya

Mark Zukerberq və İlon Mask kəllə kəlləyə - Qaydasız döyüş olacaq - FOTO

23 İyun 2023 21:00
Baxış: 1 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq "Tesla" və "SpaceX"in baş direktoru, həmçinin "Twitter"in sədri İlon Maskın qaydasız döyüş təklifini qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Verge" nəşri məlumat verib.

Nəşrin yazdığına görə, "Meta"nın "Twitter"in analoqunu hazırlaması ilə bağlı sosial şəbəkələrdə çıxan xəbərlərdən dərhal sonra İlon Mask Zukerberqi rinqə, "qəfəs" döyüşünə çağırıb.

"Razı olsa, mən onunla qəfəsdə döyüşməyə hazıram", - deyə o, "Twitter" hesabında paylaşım edib.

Təxminən bir gün sonra Mark Zukerberq "İnstagram" hesabının "Hekayə" bölümündə etdiyi paylaşımda Maska cavab ünvanlayıb. Zukerberq Maskın yazısı olan skrinşotu dərc edib və "Mənə ünvanı göndər" ("Send Me Location") deyə şərh verib.

"The Verge" nəşri "Meta"dakı mənbələrə istinadən bildirib ki, Zukerberqin paylaşımı zarafat deyil və kifayət qədər ciddidir.
"Veqas, Oktaqon", - deyə İlon Mask qısa müddət ərzində "Twitter"də rəqibinə cavab verib. O, Las-Veqasda yerləşən "Octagon MMA" arenasına işarə edib.

Həmçinin Mask bildirib ki, onun məşhur hərəkəti "morj" adlanır. Mask bu zaman sadəcə düşmənin üzərinə uzanır və heç nə etmir.

"The Verge" hesab edir ki, Mask və Zukerberq layiqli rəqiblərdir, onların arasında aşkar favorit yoxdur. Bir tərəfdən, 51 yaşlı Mask rəqibindən iridir və gəncliyində Cənubi Afrikada əsl küçə döyüşlərində iştirak etdiyini deyir. Digər tərəfdən, 39 yaşlı Zukerberq artıq ciu-citsu üzrə turnirlərdə qalib gəlmiş "iddialı MMA döyüşçüsüdür"

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.